Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 07:23

UEFA Kuboku qrup mərhələsinin püşkü atıldı


Hər qrupdan üç komanda UEFA Kubokunun 1/16 finalına çıxacaq
Hər qrupdan üç komanda UEFA Kubokunun 1/16 finalına çıxacaq

Oktyabrın 9-da İsveçrənin Nyon şəhərində UEFA Kuboku qrup mərhələsinin püşkatması keçirilib. Nəticələrə əsasən, Türkiyənin «Qalatasaray» klubu H qrupuna düşüb. Türklər «Bordo» (Fransa), «Austriya» (Avstriya), «Panionios» (Yunanıstan) və «Helsinqborq»la (İsveç) mübarizə aparacaq. Rusiyanın «Zenit» klubu A, «Lokomotiv» B, «Spartak» isə E qrupunda yer alıb.


Püşkatmanın tam nəticələri:


A qrupu: AZ – Alkmaar (Hollandiya), Zenit (Rusiya), Everton (İngiltərə), Nyunberq (Almaniya), Larissa (Yunanıstan)


B qrupu: Panatinaikos (Yunanıstan), Lokomotiv (Rusiya), Atletiko (Madrid, İspaniya), Kopenhagen (Danimarka), Aberdin (Şotlandiya)


C qrupu: Vilyareal (İspaniya), AEK (Yunanıstan), Fiorentina (İtaliya), Mlada (Çexiya), Elfsborq (İsveç)


D qrupu: Bazel (İsveçrə), Hamburq (Almaniya), Renn (Fransa), Zaqreb (Xorvatiya), Brann (Norveç)


E qrupu: Bayer (Almaniya), Sparta (Çexiya), Spartak (Rusiya), Tuluza (Fransa), Sürix (İsveçrə)


F qrupu: Bavariya (Almaniya), Bolton (İngiltərə), Braqa (Portuqaliya), Srvena Zvezda (Serbiya), Aris (Yunanıstan)


G qrupu: Anderlext (Belçika), Tottenxem (İngiltərə), Xetafe (İspaniya), Xapoel (İsrail), Olborq (Danimarka)


H qrupu: Bordo (Fransa), Austriya (Avstriya), Qalatasaray (Türkiyə), Panionios (Yunanıstan), Helsinqborq (İsveç)


Hər qrupdan üç komanda UEFA Kubokunun 1/16 finalına çıxacaq. İlk oyunlar oktyabrın 25-də keçiriləcək.


XS
SM
MD
LG