Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

Konqresin addımı ABŞ-ın xarici siyasətinə təsir etməyəcək


Diplomat bildirir ki, Birləşmiş Ştatlar adminstarsiyası bu layihəyə qarşıdır

Amerika Konqresi erməni soyqırımı iddiaları ilə bağlı qətnamə layihəsini qəbul etsə belə, bu Birləşmiş Ştatların xarici siyasətinə təsir etməyəcək. Bunu Amerikanın Azərbaycandakı səfiri Enn Ders deyib.


Diplomat bildirir ki, Birləşmiş Ştatlar adminstarsiyası bu layihəyə qarşıdır. Səfir konqresin müstəqil institut olduğunu xatırladıb. Onun fikrincə, yeganə çıxış yolu xalqlar və tarixçilər arasında dialoqdur.


Enn Ders oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə tanış olarkən belə bəyanatla çıxış edib.


Oktyabrın 10-da ABŞ Konqresi erməni soyqırımı iddiaları ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxaracaq.


XS
SM
MD
LG