Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:32

Sovet dövründə Abşerona verilən torpaqlar geri qaytarıla bilər


Arif Rəhimzadə məsələ ilə bağlı təkliflərin artıq prezidentə təqdim olunduğunu deyir
Arif Rəhimzadə məsələ ilə bağlı təkliflərin artıq prezidentə təqdim olunduğunu deyir

Sovet dövründə kolxoz və sovxozların yaradılması üçün ətraf rayonlardan alınıb Abşerona verilmiş torpaqlar geri qaytarıla bilər. Bununla bağlı Milli Məclisdə məsələ müzakirə olunur. Parlamentin Regional Siyasət komissiyasının sədri Arif Rəhimzadə deyir ki, ərazi və idarəetmədə mübahisə yaradan belə torpaqlarla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırladığı təkliflər paketi artıq prezidentə təqdim olunub.


Hazırda Abşeron rayonunda mübahisəli ərazi hesab edilən 13 kəndin olduğu bildirilir.


Prezident İlham Əliyev Abşeron rayonunun kəndlərində olarkən sakinlər problemlə bağlı ona müraciət etmişdilər.


XS
SM
MD
LG