Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:01

Dövlət təhlükəsizlik və daxili işlər nazirləri istefaya göndərilib


Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov dövlət təhlükəsizlik və daxili işlər nazirlərini istefaya göndərib.


Prezident Daxili İşlər Nazirliyinin işində ciddi pozuntuların olduğunu deyib. DİN başçısı milis polkovnik-leytenantı rütbəsindən və bütün imtiyazlardan məhrum edilib. Onun iki müavini də vəzifəsindən kənarlaşdırılıb.


Dövlət Təhlükəsizlik naziri isə səhhətinə görə istefaya göndərilib.


Prezidentin iştirakı ilə Türkmənistan DİN-də keçirilən iclas televiziya ilə yayımlanıb.


Eyni zamanda, prezidentin sərəncamı ilə 9 min məhbus üçün amnistiya elan olunub. Onun siyasi məhbuslara şamil edilib-edilməyəcəyi məlum deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG