Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Tikinti qaydalarını pozan şirkətlərin işi dayandırıla bilər


İki ay qabaq Bakıda tikilməkdə olan bina uçub, 20-dən çox adam ölüb
İki ay qabaq Bakıda tikilməkdə olan bina uçub, 20-dən çox adam ölüb

Fövqəladə Hallar Nazirliyi sənədləri qaydasında olmayan və nəzərdə tutulan tikinti qaydalarını pozan şirkətlərin işini dayandıra bilər. Nazirlər Kabineti bu barədə sənədi təsdiq edib. Tikinti işlərini dayandırmaq səlahiyyəti nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə verilib.


Fövqəladə Hallar Nazirliyinin agentliyi tikinti şirkətinin müəyyən edilmiş normalara uyğun işləyib-işləməməsini aydınlaşdırmaq üçün komissiya təşkil edə bilər. Həmin komissiyanın rəyi mənfi olarsa, onda agentliyə binanın tikintisinin dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırmaq hüququ verilir. Qarşı tərəf həmin iddiadan şikayət versə belə, həmin qərarın icrasını dayandırılmır.


İki ay qabaq Bakıda tikilməkdə olan bina uçub, 20-dən çox adam ölüb, bundan sonra prezident tikintiyə dövlət nəzarətinin gücləndirilməsi haqda fərman verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG