Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:06

Fradkov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub


Rusiyanın keçmiş Baş naziri Mixail Fradkov Xarici Kəşfiyyat Xidmətinin direktoru təyin olunub. O, bu vəzifədə Sergey Lebedevi əvəzləyəcək.


Bu barədə Düşənbədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putin məlumat verib.


«Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsini tutacaq adama gəlincə, o, hamıya yaxşı tanışdır – bu, Mixail Fradkovdur», - deyə Putin bildirib.


2000-ci ildən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik etmiş Sergey Lebedev oktyabrın 5-də MDB İcraiyyə Komitəsinin sədri seçilib.


XS
SM
MD
LG