Rusiya, Belarus və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyinin («EvrAzES») Düşənbədə keçirilən sammitində Gömrük ittifaqının yaradılması haqda saziş imzalayıblar.
«EvrAzES»-in yeni Baş katibi postuna Şimali-Qazaxıstan vilayətinin qubernatoru Tair Mansurov seçilib, o, Grigori Rapotanı əvəz edib.
Təşkilata Tacikistan sədrlik edəcək, qurumun inteqrasiya komitəsinin işini isə respublika prezidenti Emomali Rahmon əlaqələndirəcək.
«EvrAzES»-in növbəti sammiti 2008-ci ildə Moskvada keçiriləcək.
«EvrAzES»-ə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Moldova, Ukrayna və Ermənistan müşahidəçi statusunda çıxış edirlər.
Təşkilatın əsas məqsədi vergilər, məşğuliyyət, valyuta ve gömrük taarifləri sahəsində birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.