Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:03

MDB-nin yeni Konsepsiyasında Bakının xüsusi qeydi...


Azərbaycan Birliyin Qarabağ münaqişəsinin həllində prinsipial mövqe tutmasını istəyir
Azərbaycan Birliyin Qarabağ münaqişəsinin həllində prinsipial mövqe tutmasını istəyir

«Bakı MDB-də iştirakda maraqlıdır. Amma post-sovet məkanında münaqişələrin, ilk növbədə, Qarabağ probleminin hələ də həllini tapmaması üzündən Bakı xüsusi mövqe ilə çıxış edir».


Bunu Prezident Aparatında ictimai-siyasi şöbənin sektor müdiri Fuad Axundov «İnterfaks-Azərbaycan»a deyib.


Oktyabrın 5-də Düşənbədə keçirilmiş MDB sammitinin nəticələrini şərh edən F.Axundov qeyd edib ki, «prezident İlham Əliyev MDB-nin İnkişaf Konsepsiyasını «xüsusi qeydlə» imzalayıb. Bu qeydə əsasən, Azərbaycan həmin Konsepsiyanın yalnız milli qanunvericiliyə və özünün beynəlxalq öhdəliklərinə uyğun gələn müddəalarına riayət edəcək».


«Bakının xüsusi mövqeyi həm də onunla əsaslanır ki, Azərbaycan bu birliyi «maraqlı dövlətlər» formatında dərk edir, bu Birlik daxilində ölkələrin siyasi və iqtisadi inteqrasiyasına yönəlmiş təşəbbüsləri dəstəkləmir», - deyə F.Axundov bildirib.


F. Axundov qeyd edib ki, MDB-nin səmərəliliyi və Azərbaycanın bu təşkilatın fəaliyyətinə cəlb olunma dərəcəsi Birliyin post-sovet məkanındakı münaqişələrdə tutduğu mövqedən asılıdır. İlk növbədə də Azərbaycan Birliyin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha prinsipial mövqe tutmasını istəyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG