Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

Elmar Məmmədyarov təkzib edir


Məmmədyarov Eynulla Fətullayevi sarı mətbuat nümayəndəsi hesab edir
Məmmədyarov Eynulla Fətullayevi sarı mətbuat nümayəndəsi hesab edir

«Eynulla Fətullayevin həbsi üçün Elmar Məmmədyarovun dövlət qurumlarına müraciət etməsi barədə iddialar əsassızdır».


Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim «Azadlıq» radiosuna belə deyib: «Elmar Məmmədyarov Eynulla Fətullayevi peşəkar jurnalist yox, sarı mətbuat nümayəndəsi hesab edir. Ona görə də nazir Eynulla Fətullayevin yazılarına və ifadələrinə heç vaxt heç bir reaksiya verməyib, o ki qaldı hər hansı bir iddia qaldırsın».


Oktyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin işinə dair hazırlıq iclası keçirilib. Məhkəmədə Fətullayev deyib ki, həbsi üçün Xarici İşlər naziri Elmar Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.


Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırmaq və vergidən yayınmada ittiham olunur.


XS
SM
MD
LG