Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 14:47

«Qarabağ münaqişəsinin BMT-də müzakirəsinə səylər sülh danışıqlarına alternativ deyil»


Xəzər İbrahim deyir ki, beynəlxalq ictimaiyyət regiondakı təhdidlərdən xəbərdar olmalıdır
Xəzər İbrahim deyir ki, beynəlxalq ictimaiyyət regiondakı təhdidlərdən xəbərdar olmalıdır

Azərbaycan hesab edir ki, Qarabağ münaqişəsinin BMT-də müzakirəsinə dair göstərilən səylər sülh danışıqlarına alternativ deyil. Bu fikri «Azadlıq» radiosuna Azərbaycan XİN rəsmisi Xəzər İbrahim bildirib.


O, deyir ki, Praqa prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı məsələ yoxdur.


Ermənistanın xarici işlər naziri Vardan Oskanyan BMT-dəki çıxışda problemin ancaq ATƏT-in vasitəçiliyi ilə həll edilməli olduğunu və BMT-də müzakirələrə ehtiyac duymadığını söyləyib.


Məsələyə münasibət bildirən Xəzər İbrahim deyir ki, Yerevanı regiondakı mövcud vəziyyəti gizlədir.


«Ermənistanın səyləri ona yönəlib ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ermənistan başa düşür ki, beynəlxalq təşkilatlar reallığı başa düşsələr Yerevanı tənqid edəcəklər. Azərbaycan XİN münaqişənin həllini beynəlxalq hüquq prinsipləri, BMT-nin 4 qətnaməsində əks olunmuş prinsiplər əsasında görür».


Xəzər İbrahim deyir ki, beynəlxalq ictimaiyyət regiondakı təhdidlərdən xəbərdar olmalı və öz funksiyasını yerinə yetirməlidir.


XS
SM
MD
LG