Moskvanın mərkəzində inşaat fəhlələri 34 insan cəsədinin qalıqlarını tapıblar.
Nikolski küçəsində Şeremetev şəhər kilsəsinin rekonstruksiyası zamanı binanın zirzəmisində insan qalıqları, yanında isə tapança aşkarlanıb.
Prokurorluq təhqiqata başlayıb.
İlkin məlumatlara əsasən, insan qalıqları 1930-cu illərdə siyasi repressiya qurbanlarının cəsədləri ola bilər.