Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 20:36

Elmar Məmmədyarov BMT-də çıxış edib


Nazir BMT-nin səmərəliliyinin artırılmasını təklif edib
Nazir BMT-nin səmərəliliyinin artırılmasını təklif edib

«Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinin işğalının nəticələrini gizlətməyə və bütün irsin ləğvinə çalışır. BMT buna dözməməlidir».


Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxışı zamanı bəyan edib.


O, erməni xalqına müraciət edib: «Onlar başa düşməlidirlər ki, bu siyasət regionda sülh və sabitliyi pozur və Ermənistan üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər».


Məmmədyarov deyib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar indiyə qədər nəticə verməyib, Bakının mövqeyi dəyişməz qalır: «Biz ərazi bütövlüyünü mütləq təmin edəcəyik, bu, vaxt məsələsidir».


Məmmədyarov GUAM ölkələri ərazisindəki «dondurulmuş münaqişələr» məsələsinə də toxunub. Deyib ki, Azərbaycan, Gürcüstan və Moldovadakı konfliktlər eyni ssenari ilə inkişaf ediblər və onların çox qorxulu nəticələri var: «Belə ki hamısı aqressiv separatizmlə başlayıb, sonra etnik təmizləmə aparılıb və ölkələrin suverenliyi pozulub».


Məmmədyarov deyib ki, bu məsələ Baş Assambleyanın 62-ci sessiyasının gündəliyində 16-cı bənd kimi durur və GUAM mövzunun müzakirəsi zamanı BMT üzvlərinin dəstəyini istəyir.


Nazir BMT-nin səmərəliliyinin artırılmasını da təklif edib.


«Bizim ümidimiz var ki, 21-ci əsrdə BMT daha effektiv təşkilat olacaq... Təhlükəsizlik Şurasında islahatlar aparılmalı, o, demokratik və cavabdeh orqana çevrilməlidir. Həmçinin, Baş Assambleya siyasi qərar qəbul edən orqan kimi güclənməli, onun rolu və mandatı artırılmalıdır, - deyə E.Məmmədyarov qeyd edib.


XS
SM
MD
LG