Polşanın İraqdakı səfiri Edvard Pyetrjik Bağdadda partlayışlar zamanı yaralanıb, bir piyada isə həlak olub.
İraq paytaxtının mərkəzi ilə hərəkət edən Polşa səfirliyinin kortejinə hücum edilib.
Bu arada, Birləşmiş Ştatlar bir il ərzində İraqdan 12 minə qədər qaçqını qəbul etməyi planlaşdırır.
Hüquq müdafiəçiləri dəfələrlə Vaşinqtonu ittiham ediblər ki, ABŞ-da yaşamaq icazəsini İraq qaçqınlarının yalnız cüzi hissəsinə verir.
Son 12 ayda yalnız 1600 belə icazə verilib.