Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 08:46

Xələf Xələfov Düşənbəyə gedib

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov oktyabrın 3-də Düşənbəyə gedib. Oktyabrın 4-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurası toplaşır. Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda səfərdə olduğundan, onu Şuranın iclasında müavini Xələf Xələfov əvəzləyir.


Oktyabrın 5-7-də Düşənbədə MDB-nin illik sammiti keçirilir. Xarici İşlər nazirləri isə sammitdə qəbul ediləcək bəyannaməni və digər sənədləri hazırlayacaqlar.


MDB sammitində prezidentlərdən Ukraynanın dövlət başçısı Viktor Yuşşenkonun iştirakı gözlənilmir.


XS
SM
MD
LG