Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:52

NASA Marsa insan göndərmək planını təsdiqləyib


Marsda Amerikanın kəşfiyyat aparatı. 2006-cı il
Marsda Amerikanın kəşfiyyat aparatı. 2006-cı il

NASA-nın direktoru Maykl Qriffin Mars planetində və Ayda oturaq bir sivilizasiya yaratmağın mümkün olduğunu bildirib. Yaponiyanın fəza agentliyinin rəhbəri Keyji Taçikava isə deyib ki, artıq Aya sadəcə səyahət edilə bilən yer kimi baxmaq olmaz, Ayı insanla məskunlaşdırmaq, hətta kommersiya baxımından istismar etmək lazımdır. Hindistanın fəza agentliyinin başçısı Madhaven Nair də bəyan edib ki, onun ölkəsi gələn il Aya insan göndərəcək tarixi dəqiq elan edəcək. Bu arada NASA 2037-ci ilə qədər Marsa insan göndərməklə bağlı planını təsdiqləyib.


Bir sözlə, bir neçə onillik fasilədən sonra dünya ölkələri yenidən kosmik fəzaya xüsusi diqqət göstərməyə başlayırlar. Bu günlərdə Hindistanda keçirilən Beynəlxalq astronavtika konqresi bunu bir daha sübut edib. Konqresdə bir neçə min alim və kosmos üzrə mütəxəssislər iştirak edib. Onlar kosmik fəzanın qlobal tədqiqi strategiyasını müzakirə ediblər. Bu qənaətə gəliblər ki, dünya dövlətlərinin bu sahədə beynəlxalq əməkdaşlığı çox zəruridir.


Britaniyanın kosmosdan bəhs edə nüfuzlu «Flayt» jurnalının eksperti Rob Koppinqer deyir ki, belə əməkdaşlıq hədsiz dərəcədə əhəmiyyətli olar: «Bu sahədə elmi məlumatların mübadiləsi böyük fayda verər. İdeya belədir ki, hamı əməkdaşlıq edir və hamı da bundan faydalanır. Nəticədə dövlətlər az pul xərcləyib, çox şeyə nail olurlar».


60-70-ci illərdə Aya insan çıxarmaq ABŞ-ın məşhur «Apollo» proqramının ən son məqsədi idi. İndi isə bu Ayı, Marsı və kosmosun daha dərin qatlarını tədqiq etmək üçün yalnız bir pillədir.


Bəs görəsən insanın Aydan daha uzağa getməsi nə dərəcədə mümkündür? Heç şübhəsiz bu işdə böyük çətinliklər var. Məsələn, məlumdur ki, kosmik fəzada insan orqanizmi kalsium itkisinə məruz qalır. Bu, o deməkdir ki, kosmik səyahət nə qədər uzun davam edirsə, kosmonavtın sümükləri bir o qədər yumşalır. «Flayt» jurnalının eksperti Rob Koppinqerin sözlərinə görə, uzun kosmik səyahətdən qayıdan 35 yaşlı kosmonavtın sümükləri 60-70 yaşlı insanın sümükləri qədər kövrək olar. Hazırda mövcud reaktiv raket mühərrikləri ilə Marsa getmək 6 ay çəkər. Nüvə mühərrikləri ilə isə bu müddət 6 həftəyədək qısala bilər. Bir sözlə, çox şey texnologiyanın inkişafından asılı olacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG