Azərbaycan və Xorvatiya arasında əməkdaşlığa dair beş sənəd, həmçinin birgə Bəyannamə imzalanıb.
İmzalanma mərasimindən sonra dövlət başçıları jurnalistlər üçün mətbuat konfransı keçiriblər. İlham Əliyev deyib ki, cənab Mesiclə görüşdə beynəlxalq və regional məsələlər müzakirə olunub. Birgə Bəyannamədə isə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi bildirilir.
Xorvatiya prezidenti Stepan Mesiç isə BMT-də islahatların aparılmasının tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, bu, dünyadakı mövcud münaqişələrin daha çevik həll olunmasına imkan verərdi.
Xorvatiya prezidentinin Bakıya səfəri oktyabrın 3-də başa çatacaq. Həmin gün Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək.