Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 19:37

Abşerondakı yanğında iki fəhlənin öldüyü xəbər verilir


«Caspian Fish» müəssisəsində qızdırıcı cihazın partlaması nəticəsində güclü yanğın baş verib
«Caspian Fish» müəssisəsində qızdırıcı cihazın partlaması nəticəsində güclü yanğın baş verib

Oktyabrın 2-də Abşeron rayonu ərazisində baş vermiş yanğın zamanı iki nəfər həlak olub. Bu barədə «Trend»ə, Abşeron Rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib.


Ağacanov bildirib ki, «Caspian Fish» müəssisəsinə məxsus sexlərin birində örtüklənmə aparılarkən, qızdırıcı cihazın partlaması nəticəsində güclü yanğın baş verib.


Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin (FNH) İstintaq İdarəsində Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.


Prokuror köməkçisinin sözlərinə görə, bu məsələ FHN tərəfindən araşdırılacaq.


XS
SM
MD
LG