Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Toni Lloyd AŞPA Monitorinq Komitəsinin məruzəçisi vəzifəsindən gedir


Britaniyalı parlamentari Toni Lloydun əvəzinə yaxın zamanda AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin ediləcək.


Bu barədə jurnalistlərə digər həmməruzəçi, estoniyalı deputat Andres Herkel bildirib.


Onun sözlərinə görə, yeni məruzəçinin təyin olunması Lloydun AŞPA-da fəaliyyətini dayandırması ilə əlaqədardır.


Britaniyalı parlamentari öz ölkəsinin qanunverici orqanında leyboristlər fraksiyasına rəhbərlik edəcək. O, bununla əlaqədar olaraq Lloyd AŞPA-dakı işindən imtina etmək qərarına gəlib.


XS
SM
MD
LG