O, bu bəyanatı Bağdadda İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşdən sonra edib. Əl-Maliki təsdiqləyib ki, iki aydan sonra İraqın təhlükəsizlik qüvvələri Bəsrə şəhərini tam nəzarətə götürə biləcəklər. Britaniya kontingenti əsasən burada yerləşir.
Beləliklə, İraqda 4,5 min Britaniya hərbçisi qalacaq. Braunun dediyinə görə, kontingentin sonrakı ixtisarı haqda qərar gələn il veriləcək.