Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 16:35

Regionlar Partiyası Yuliya Timoşenko Blokunu 3 faiz qabaqlayır


İndiyə qədər seçki bülletenlərinin 94 faizi hesablanıb

Regionlar Partiyası Ukrayna Ali Radasına seçkilərdə Yuliya Timoşenko Blokunu bir az qabaqlayıb.


Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, «regionçular»a seçicilərin 34,23 faizi, Timoşenko tərəfdarlarına isə 30,77 faizi səs verib. Üçüncü yerdə iqtidaryönlü «Bizim Ukrayna-xalq özünümüdafiə» Blokudur (14,27 faiz).


Parlamentə həmçinin, kommunistlər (5,37 faiz) və Vladimir Litvinin Bloku (3,97 faiz) da keçir. Sosialist Partiyası 3 faizlik baryeri keçə bilməyib.


İndiyə qədər seçki bülletenlərinin 94 faizi hesablanıb.


XS
SM
MD
LG