Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 16:32

«Xəzər» TV efirini «Xəbərlər» proqramı ilə açacaq


«Xəzər» TV-nin yaradıcı heyəti əsasən STV-nin kollektivindən formalaşıb
«Xəzər» TV-nin yaradıcı heyəti əsasən STV-nin kollektivindən formalaşıb

Bu axşam Azərbaycanda yeni telekanal efirə çıxır. «Xəzər» TV efirini «Xəbərlər» proqramı ilə açacaq. Televiziyadan bildiriblər ki, artıq aparıcılar da müəyyənləşib. Gün ərzində isə xəbərlərin ilk bloku hazırlanacaq.


İnformasiya proqramının təxminən 20.30 radələrində yayıma başlayacağı gözlənilir. «Xəzər» TV-nin yaradıcı heyəti əsasən Azərbaycanda yayımı dayandırılmış STV-nin kollektivindən və digər kanalların əməkdaşlarından formalaşıb.


STV kanalının tezliyi üzrə müsabiqə iyulun 17-də başlamışdı. Bir aylıq sənəd qəbulu müddətində üç kanal-«Xəzər»TV, «Antenn» TV və ETV («Elm»TV) tezliyə iddiasını irəli sürmüşdü.


Müsabiqənin qalibi «Xəzər» TV olub.


XS
SM
MD
LG