Qışda Bakının əhalisi qaz qıtlığını hiss etməyəcək. Bu barədə jurnalistlərə «Bakqaz» İstehsalat Birliyinin (İB) baş direktoru Tahir Əliyev bildirib.
Onun sözlərinə görə, qış üçün 110 layihə hazırlanıb. Əliyev həmçinin qeyd edib ki, 79 obyektdə təmir işləri başa çatıb, qalan obyektlərdə isə işlər qış mövsümünədək başa çatdırılacaq.
«Bakqaz» Bakı şəhəri və bütün Bakı kəndlərində köhnə qaz boruları yeni polietilen boruları ilə əvəz edib.(Turan)