Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Demokratik islahatlar ABŞ-ın Azərbaycanda əsas prioritetlərindən biridir


«Seçki prosesi yalnız seçki günüylə məhdudlaşmır»
«Seçki prosesi yalnız seçki günüylə məhdudlaşmır»

Demokratik islahatlar ABŞ-ın Azərbaycanda əsas prioritetlərindən biri olaraq qalmaqdadır. 2008-ci il prezident seçkilərinin azad və şəffaf keçirilməsi üçün qanunvericilik bazasının yaradılmasında parlament üzərinə böyük məsuliyyət düşür. Bunu Birləşmiş Ştatların Bakıdakı səfiri xanım Enn Ders deyib.


«Seçki prosesi yalnız seçki günüylə məhdudlaşmır. Parlament Seçki Məcəlləsi və «Sərbəst toplaşma haqqında» qanuna dəyişikliklərə dair Venesiya Komissiyasının tələblərini əks etdirən qanunvericilik qəbul etməklə prosesə müsbət təsir göstərə bilər».



Xanım Enn Dersin sözlərinə görə, 2008-ci il prezident seçkiləri Azərbaycana imkan verəcək ki, demokratik inkişafının çox mühüm mərhələsinə keçsin, bunun üçün Azərbaycanın tarixində ən azad və ən ədalətli seçki keçirilməlidir. Birləşmiş Ştatlar bu yöndə Azərbaycan parlamenti və hökumətinə mümkün olan dəstəyi verməyə hazırdır.


«Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yüksək standartlı seçki üçün Azərbaycana tövsiyələrini verib, biz də həmin iki qurumun islahatlarla bağlı çağırışlarını dəstəkləyirik», - deyə xanım Enn Ders vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG