Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istəyir ki, hər ilin bu günü planetin yaşlı sakinlərinin problemlərini bir daha ictimaiyyətin diqqətinə çatdırsın. Bu günün məqsədi eyni zamanda yaşlılara qayğının daha da artırılmasıdır.
ÜST bildirir ki, keçən il dünyada 60-dan yuxarı yaşı olanların sayı 650 milyon idisə, 2025-ci ilə kimi bu rəqəm iki dəfə artacaq. Səhiyyə Təşkilatı keçmiş sovet ölkələrində də əhalinin qocalmaya meylli olduğunu deyir.
Oktyabrın 1-i Azərbaycanda da Ahıllar Günü qeyd olunur. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli deyir ki, ölkədə ahılların sosial vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı təqaüdlərin artırılması nəzərdə tutulur.
Hadı Rəcəbli bildirir ki, təqaüdlər 2008-ci ilin yanvarından artırılacaq. Amma komissiya sədri təqaüdlərin nə qədər artırılacağı ilə bağlı bir söz deməyib.