Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 02:26

«Şeyxə qarşı müharibə»


«Şeyxlə Mehdiyev arasında savaş daha da qızışır»
«Şeyxlə Mehdiyev arasında savaş daha da qızışır»

«Şeyxə qarşı müharibə». «Azadlıq» qəzetinin sentyabrın 30-da çıxan sayının baş məqaləsi belə adlanır. Yazıda deyilir ki, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev daim özünə rəqib hesab etdiyi mühüm əhəmiyyətli fiqurları – xüsusilə Əli İnsanovla Akif Muradverdiyevi həbsə atdırmaqla sakitləşmək niyyətində deyil: «Son zamanlar öz gücünü dəfələrlə nümayiş etdirməyə çalışan cənab Mehdiyevin artıq önəmli fiqurlardan birini, ümumiyyətlə, Azərbaycanda güc sahiblərindən biri kimi qəbul edilən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəni zərərsizləşdirmək istəyi açıq görünür». «Azadlıq» iddia edir ki, ola bilsin, müəyyən dairələr bəzi yerlərdə həm Mehdiyevin, həm də Şeyxin Rusiyaya bağlı şəxs kimi xarakterizə olunmalarını misal gətirərək onların toqquşmalarını real saymasınlar. «Amma hər şey ortadadır. Artıq Şeyx və Mehdiyevə Rusiya ona görə lazımdır ki, əllərinin beynəlxalq aləmdə hər yerə çatdığını göstərsinlər. Əslində, hər iki şəxs böyük şəbəkə yaradıblar və onlara əzəli, əbədi olaraq Azərbaycanda təsir dairələrini itirməmək lazımdır. Buna görə də Şeyxlə Mehdiyev arasında savaş daha da qızışır», - deyə qəzet vurğulayır. «Azadlıq» bu iki şəxs arasında münaqişəyə misal kimi yazır ki, R.Mehdiyevin «Azərbaycan: qloballaşma dövrünün bəzi tələbləri» adlı kitabında müəyyən məqamlarda açıq, bir sıra nüanslarda dolayısı ilə Paşazədə tənqid olunur.


«Yeni Müsavat» qəzetindəki «Əli İnsanovu gizlədirlər» başlıqlı məqalədə deyilir ki, vəkili üç gündür sabiq nazirin taleyindən xəbər tuta bilmir. Qəzet yazır ki, eks-nazir sentyabrın 27-də Bayıl təcridxanasından gizli şəkildə 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra onun vəkililə görüşməsinə imkan verilməyib. İnsanovun müdafiəçisi Ağaveyis Şahverdi «Yeni Müsavat»a deyib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi heç bir əsas gətirmədən onun hüquqlarını müdafiə etdiyi şəxslə görüşünə icazə vermir. Vəkil təcridxana işçilərindən İnsanovun karantində saxlandığını öyrənə bilib: «Onun səhhəti haqqında heç bir məlumat verilmədi. Biz üzləşdiyimiz qanunsuzluqlarla əlaqədar həftənin birinci günü ombudsmana, səfirliklərə, ATƏT-in Bakı Ofisinə və digər beynəlxalq təşkilatlara müraciət edəcəyik».


XS
SM
MD
LG