Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 11:14

Ələsgər İsmayılov Maştağa Ruhi-Əsəb Xəstəxanasına gətirilib

Maştağa Ruhi-Əsəb Xəstəxanası, 29 sentyabr 2007
Maştağa Ruhi-Əsəb Xəstəxanası, 29 sentyabr 2007

AXCP Naxçıvan MR təşkilatı Sədərək rayon şöbəsinin fəalı, 70 yaşlı Ələsgər İsmayılov Bakıdakı Maştağa Ruhi-Əsəb Xəstəxanasına gətirilib.


Məlumatı xəstəxanadan təsdiqləyiblər: «Ələsgər İsmayılov xəstəxanaya dünən daxil olub».


Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib.


İsmayılov siyasi motivlərlə həbs olunduğunu deyib. O bildirib ki, həbsinə səbəb onun dəfələrlə rayonda korrupsiya və başqa özbaşınalıqlarla bağlı Prezident Aparatı və digər orqanlara şikayət yazmasıdır.


This item is part of
XS
SM
MD
LG