Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Mixail Saakaşvili təcili Tbilisiyə qayıdıb


Gürcüstan prezidenti Mixail Saakaşvili xarici səfərini təcili dayandıraraq, Tbilisiyə qayıdıb.

Sentyabrın 28-də Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz mitinqi keçirilib. Aksiya iştirakçıları korrupsiyada təqsirləndirilən keçmiş Müdafiə naziri İrakli Okruaşvilinin həbsinə etirazlarını bildirib, prezidentin istefasını tələb ediblər.


Okruaşvili hazırda Rustavi şəhər həbsxanasındadır. Məhkəmənin qərarı ilə onun barəsində iki aylıq ilkin həbs-qətimkan tədbiri seçilib. Həbsindən bir az əvvəl o, prezidenti hakimiyyəti qəsb etməkdə və «arzuolunmaz» şəxsləri məhv etmək cəhdində təqsirləndirib.


Saakaşvili ittihamları «yalan» adlandırır.


XS
SM
MD
LG