Kompleksin uzunluğu 653 metrdir, o cümlədən, 293 metri yolötürücü körpüdür, eni 23,4 metrdir. Bütünlükdə 4 zolaqlı yoldur. 1-ci kompleksin ümumi dəyəri 22,1 milyon manatdır. Qovşağı Türkiyənin «YAPILAR» şirkəti 16 ay müddətinə inşa edib.
Qovşağın 2-ci kompleksinin tikintisi davam edir. Hər iki kompleksin ümumi dəyəri birlikdə 39 milyon manat təşkil edir.
İlham Əliyev həmçinin, Bakı-Sumqayıt yolunun üzərində inşa edilən yeni avtovağzalda aparılan tikinti işləri ilə tanış olub.
Bakı-Sumqayıt yolunun üzərində inşa edilən yeni avtovağzal, 29 sentyabr 2007Bundan əlavə, avtovağzalda 95 otaqlı üçulduzlu mehmanxana, 1500 dükan, 1100 avtomobil üçün dayanacaq tikilir. Avtovağzalın ümumi dəyəri 65-70 milyon manatdır.
Azərbaycan prezidenti paytaxtın mərkəzində - Bül-bül prospektində və Rəşid Behbudov küçəsində iki yeraltı keçidin açılışında da iştirak edib.
Birinci keçidi «Akkord» firması tikib. 45 metr uzunluğu və 17 metr eni olan keçidin 4 çıxışında 8 eskalator yerləşdirilib. Layihənin dəyəri bildirilməyib.
Bül-bül prosrektindəki ikinci keçidin uzunluğu 36 metrdir, onu «Sako» firması tikib. Layihənin dəyəri 3,3 milyon manat təşkil edib.