Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 04:24

Sürücülərin məsuliyyətini artıran yeni qanun layihəsi hazırlanıb


Nazir sənədə parlamentdə nə vaxt baxılacağını deməyib
Nazir sənədə parlamentdə nə vaxt baxılacağını deməyib
Nəqliyyat Nazirliyi yol hərəkəti və avtonəqliyyatın istismarı haqqında qanun layihəsi hazırlayıb və onu Milli Məclisə təqdim edib.

Yeni qanun layihəsi avtomobillərin istismarı qaydalarının sərtləşdirilməsini və sürücülərin məsuliyyətinin artırılmasını nəzərdə tutur.


Bu barədə jurnalistlərlə söhbətdə nəqliyyat naziri Ziya Məmmədov bildirib.


«Sənəd yol hərəkəti qaydalarının pozulmasına, həmçinin, pis vəziyyətdə olan avtomobillərin istismarına görə cərimələrin artırılmasını və cəza nəzərdə tutur. Söhbət həm şəxsi, həm də ictimai nəqliyyatdan gedir», - deyə nazir bildirib.


Eyni zamanda, o, sənədə parlamentdə nə vaxt baxılacağını deməyib. Payız sessiyasında müzakirəyə çıxarılacaq sənədlərin siyahısında belə sənəd yoxdur.


Turan


XS
SM
MD
LG