Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixracı müvəqqəti olaraq dayandırılıb. Sentyabrın 28-də «BP Azərbaycan» şirkətindən «Trend»ə bildiriblər ki, kəmərin işi Türkiyənin Qars şəhəri yaxınlığında yerləşən BTC nasos stansiyasında yaranan problemlə əlaqədar dayandırılıb.
«Bakı-Tbilisi-Ceyhan neft kəmərinin birinci nasos stansiyasında yardımçı avadanlıqlarda problem yaranıb. Azərbaycanın Səngəçal terminalından neftin BTC kəmərinə vurulması dayandırılıb».
İşin dayandırılmasını Türkiyə ərazisində BTC-nin operatoru olan «Botas Limited.» şirkəti xahiş edib.
BTC kəməri ilə «Azəri-Çıraq-Günəşli» yataqlarından hasil olunan neft ixrac olunur. BTC-nin işi bir neçə gün sonra bərpa olunacaq.