Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:37

Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilib


Əli İnsanov dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib
Əli İnsanov dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib

Keçmiş səhiyyə naziri Əli İnsanov sentyabrın 28-də Qaradağ rayonu Buta qəsəbəsi yaxınlığında yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Bu barədə «Turan»a vəkil Toğrul Babayev bildirib.


Ə.İnsanov Penitensiar Xidmətdən onu evinə yaxın cəzaçəkmə müəssisəsinə göndərməyi xahiş etmişdi. Vəkil Ə.İnsanovun Bakıdan 50 kilometr aralıda yerləşən cəzaçəkmə müəssisəsinə göndərilməsini «60 yaşlı insana və onun ailə üzvlərinə qarşı işgəncə» kimi qiymətləndirir.


Öz növbəsində, hüquq müdafiəçiləri 13 saylı cəzaçəkmə müəssisəsinin yolunun bərbad vəziyyətdə olduğunu, müəssisənin şəraitinin isə yaxşı olmadığını bildirir.


Əli İnsanov dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG