Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

«İranın nüvə proqramı məsələsi bağlanıb»


Əhmədinejat nitqinə başlamışdan əvvəl ABŞ-ın nümayəndə heyəti zalı tərk edib
Əhmədinejat nitqinə başlamışdan əvvəl ABŞ-ın nümayəndə heyəti zalı tərk edib

İranın nüvə proqramı məsələsi bağlanıb, indi iş BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinindir. Prezident Mahmud Əhmədinejat bu bəyanatı BMT Baş Assambleyasının 62-ci sessiyasındakı çıxışında verib.


Əhmədinejat deyib ki, Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlidir və şəffafdır. O, İranı dinc məqsədli nüvə enerjisi istehsalından çəkindirdiyinə görə Qərbi qınayıb. İranın prezidenti bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası Tehrana uranı zənginləşdirməyi dayandırmaq kimi tələb qoysa, İran razılaşmayacaq.


«Axır iki ildə Təhlükəsizlik Şurasının gücündən sui-istifadə edən qüvvələr İranı iqtisadi sanksiyalarla hədələyiblər. Amma Allaha inandığına və milli birliyinə görə İran addım-addım irəli gedib. Hazırda bizim dinc məqsədli nüvə yanacağı istehsal etmək imkanımız var».


Mahmud Əhmədinejat nitqinə başlamışdan əvvəl Amerikanın BMT-dəki nümayəndə heyəti zalı tərk edib.


İranın prezidentindən əvvəl çıxış edən Fransa prezidenti İrana nüvə silahı düzəltməyə icazə verməsini qəbul olunmaz risk adlandırıb. Almaniya kansleri Angela Merkel də Tehranı Qərbin tələblərinə əməl etməyəcəyi təqdirdə daha ağır sanksiyalarla üzləşəcəyini deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG