Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:21

«İran təhlükəsinə Azərbaycanda da narahatlıqla yanaşırlar»


Qovrin Bakıda müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərlə danışıqlar aparıb
Qovrin Bakıda müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərlə danışıqlar aparıb

Azərbaycan İsrail və onunla qarşıdurmada olan ölkələr arasında vasitəçi kimi çıxış edə bilər. Bunu İsrail Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma Departamentinin direktoru David Qovrin «Azadlıq» radiosuna müsahibəsində bildirib.


Qovrin iki gündür ki, Bakıdadır və müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərlə danışıqlar aparıb. Dediyinə görə, görüşləri zamanı ona məlum olub ki, «İran təhlükəsinə Azərbaycanda da narahatlıqla yanaşırlar».


David Qovrin: «İran təkcə ideoloji təhlükə yaratmır, həm də regiona böyük fəlakət gətirə biləcək kütləvi qırğın silahları hazırlayır Buna görə də, Əhmədinejat rejimi beynəlxalq ictimaiyyət tərəfindən mühakimə olunmalıdır. Onlar regionda stabilliyi pozmaq istəyirlər».


Qovrin onu da deyir ki, İran rəhbərliyi dini siyasətin aləti edir və bununla da xalqlar arasında gərginlik yaratmaq istəyir. Amma onun fikrincə, Azərbaycan və Türkiyədəki tolerantlıq bu planın qarşısını ala bilər.


İsrail diplomatının fikrincə, dünya ictimaiyyəti İranın «bu formada radikallaşmasının» qarşısını almaq üçün böyük səy göstərməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG