Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Səs-küylü Moskva


«İndi Moskvanın 70 faiz ərazisində səs-küyə görə sakinlər çox narahatdırlar»
«İndi Moskvanın 70 faiz ərazisində səs-küyə görə sakinlər çox narahatdırlar»

Moskvada maşınların səsi, təyyarələrin uğultusu, tikintilərdəki hay-küy bir-birinə qarışıb. Camaat bu səs-küydən lap təngə gəlib. Ətraf mühitə nəzarət edən qurumlar da artıq həyəcan təbili çalırlar.


Ətraf Mühitin Sağlamlığı Xidmətinin əməkdaşı Palina Zaxarova deyir ki, indi Rusiya paytaxtındakı səs-küy görünməmiş həddədir.


«Bu bizim üçün əsl problemdir. İndi Moskvanın 70 faiz ərazisində səs-küyə görə camaat çox narahatdır. Bəzi yerlərdə isə səs icazə veriləndən 10-25 desibel çoxdur».


Zaxarova deyir ki, səs-küyün icazə səviyyəsi gündüz 55, gecə isə 45 desibeldir. Böyük Britaniyada səs 85-ə çatanda səsli yerlərdə işləyənlərdən xüsusi qulaqcıq geymək tələb olunur.


Bu səviyyə isə Moskvada adidir. Zaxarovanın xidmətinə şəhərdəki səs-küyə görə ildə 300-dən çox şikayət gəlir. Bu göstərici ildə 12 faiz artır. Şikayətlərin çoxusu nəqliyyatdan və tikintilərdəndir.


«Yalnız 2 təşkilat cərimə edə bilər-polis və istehlakçıların hüquqlarını müdafiə xidməti. Birinci fərdləri, ikinci isə təşkilatları cərimələyir. Bu problemə daha ciddi yanaşılması üçün cərimələri artırmağa çağırırıq».


Qanunvericiliyə görə, Rusiyada səs-küy salan fiziki şəxslər 4 dollar, şirkətlər isə 400 dollar cərimələnirlər. Ekspertlər deyir ki, məbləğin az olmasının nəticəsidir ki, səs salanlar çox vaxt cəriməni ödəyəndən sonra öz işlərinə davam edirlər.


Səs-küyün insan səhhətinə ziyanını isə alimlər çoxdan sübut ediblər. Səs-küy əsəb sisteminə təsir göstərir, qan təzyiqi və ürək ağrıları yaradır.


XS
SM
MD
LG