Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Britaniya azərbaycanlıları İrandakı soydaşları ilə həmrəyliklərini bildiriblər


Londonda azərbaycanlıların etiraz aksiyası, 23 sentyabr 2007
Londonda azərbaycanlıların etiraz aksiyası, 23 sentyabr 2007

Sentyabrın 23-ü İranda təhsil ilinin ilk günü olduğunu nəzərə alaraq, Britaniyanın Azərbaycan icması Londonda BBC xəbər agentliyi qarşısında nümayiş keçirərək, ana dilində tədris tələb edən soydaşları ilə həmrəyliklərini bildiriblər.


«Birləşmiş Krallıq-Güney Azərbaycanlılar Təşkilatı» (GAT-BK), «Güney Azərbaycan Solçu Fəalları», «Güney Azərbaycan İstiqlal Partiyası» və Dünya Azərbaycanlıları Konqresini sədrinin iştirak etdiyi bu aksiyaya Britaniyada yaşayan bəluç icmasının üzvləri də qoşulublar.


GAT-BK-ın təşkilatçılarından Səhənd Bağmeşəli deyir: «Bu gün səksən-neçə ilin acı təcrübəsi yenə də təkrar olacaq-azərbaycanlı balalarımız fars şovinizmimin küt bıçağının qadağına buraxılacaq. İran məntiqi dəhşətdir, dilimizi kəsirlər, mədəniyyətimizi darmadağın edirlər və umurlar ki, biz heç cınqır da çıxarmayaq və çıxardanda da bizi həbs edirlər».


Nümayişçilər eyni zamanda BBC xəbər agentliyinə öz etirazlarını bildiriblər. Onların fikrincə BBC İran Azərbaycanında gedən hadisələrə laqeyd qalıb və dünya xəbərlərində bu məsələyə az yer verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG