Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:59

Elton Conun konsertinə 2 manata da bilet almaq mümkün olub


Sentyabrın 23-ü axşamı britaniyalı Elton Con Bakıda ilk konsertini verdi
Sentyabrın 23-ü axşamı britaniyalı Elton Con Bakıda ilk konsertini verdi

Sentyabrın 23-ü axşamı rok və pop müğənnisi Elton Con Bakıda Tofiq Bəhramov adına stadionda konsert verib. Konsertdən əvvəl biletlər 50-800 manata satılıb. Amma konsertdə olan «Azadlıq» radiosunun müxbiri bildirib ki, dünən 2 manata da bilet almaq mümkün olub.


Müğənni Bakıya şəxsi təyyarəsi ilə gəlib. İki saatlıq konsertdə sənətçini «The Elton John Band» musiqi ansamblı müşayiət edib. Konsert zamanı istifadə olunan səhnə dekorasiyası, səs və işıq avadanlıqları ABŞ və Türkiyədən gətirilib.


Britaniyalı müğənninin Bakıdakı ilk konsertinin təşkilatçısı Heydər Əliyev Fondu, sponsoru isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti idi.


Britaniyalı Elton Con 40 ildən artıqdır ki, müğənni, bəstəkar, aranjemançı, pianoçu kimi tanınır. Postmodernist düşüncəli sənətçi pop, soft-rok, qlem-rok janrlarında ifa edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG