Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 05:32

Rüstəm Şahsuvarov Kommunist Partiyası sədrliyinə namizəd irəli sürülüb


Azərbaycan kommunistlərinin 1 May nümayişi, Bakı, 2007
Azərbaycan kommunistlərinin 1 May nümayişi, Bakı, 2007
Sentyabrın 22-də Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin plenumu keçirilib və təşkilatı məsələlər müzakirə edilib.

AKP sədrinin müavini Rüstəm Şahsuvarov «Turan»a bildirib ki, partiya sədrinin müavini Rauf Qurbanov AKP-dəki bütün vəzifələrdən kənarlaşdırılıb. Buna səbəb onun «nizamnaməni kobud şəkildə pozmasıdır».


Bundan əlavə, AKP-nin Gəncə şəhər təşkilatına Qurbanovu öz sıralarından kənarlaşdırmaq tövsiyə edilib.


Rauf Qurbanovun özü qurultayda iştirak etməyib.



Plenum həmçinin, Rüstəm Şahsuvarovu AKP sədrliyinə namizəd irəli sürüb, oktyabrın 14-də partiyanın qurultayının keçirilməsi barədə qərar qəbul edib. Sədrlik məsələsinə də məhz qurultayda baxılacaq.



AKP rəhbərinin seçkiləri partiyanın keçmiş sədri Ramiz Əhmədovun vəfat etməsi ilə əlaqədar keçirilir.


XS
SM
MD
LG