BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya uranı zənginləşdirməyi dayandırmadığına görə İrana qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyünü müzakirə ediblər.
Görüş iştirakçıları razılaşıblar ki, Tehrana qarşı əvvəlki kursu davam etdirəcəklər: bir tərəfdən, onu inandıracaqlar ki, öz nüvə proqramını dayandırsın, o biri tərəfdən isə sanksiyalar məsələsinə baxacaqlar.
Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyən ABŞ-ın mövqeyini müdafiə edir.
Rusiya və Çin isə buna qarşıdır.