Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 06:41

Qəbələ RLS-i partladacağını bildirən şəxs saxlanıb


Qəbələ Radiolokasiya Stansiyası, 30 iyun 2007
Qəbələ Radiolokasiya Stansiyası, 30 iyun 2007
Polisə zəng edərək Qəbələ RLS-i partlatmaq istədiyini bildirən şəxs müəyyən edilərək saxlanıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən «Turan»a bildiriblər.


Hadisə sentyabrın 16-da baş verib. Müəyyən edilib ki, zəng edən şəxs Binəqədi rayon sakini, əvvəllər yanğınsöndürən işləmiş Valeri Şubindir. O, polis tərəfindən saxlanaraq, Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilib.


Sentyabrın 22-də isə Bakı Dövlət Universitetinə partlayıcı qoyulması ilə bağlı Yasamal polisinə zəng olub. Polis guya universitetə bomba qoyulması barədə informasiya vermiş qızı saxlayıb. Bu, universitetin kitabxanasının əməkdaşı Kəmalə Sultanovadır. İstintaq aparılır.


XS
SM
MD
LG