Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Aliyə Qarayeva və Dinarə Gimatova Pekin olimpiadasına vəsiqə qazanıblar


Aliyə Qarayeva yarışlarda üçüncü olub
Aliyə Qarayeva yarışlarda üçüncü olub

Yunanıstanın Patras şəhərində bədii gimnastika üzrə dünya çempionatında fərdi yarışlar başa çatıb. Çempionatın reqlamentinə görə, ilk 20-liyə düşən idmançılar Pekin olimpiadasına vəsiqə qazanıblar.


Çoxnövçülük yarışlarında iştirak etmiş Azərbaycan idmançılarından Aliyə Qarayeva 5-ci, Dinarə Gimatova isə 13-cu olmaqla bu hüquqa yiyələnib.


Azərbaycan ilk dəfə olaraq olimpiya oyunlarının bədii gimnastika yarışlarında iki idmançı ilə təmsil olunacaq. Yarışların qalibi isə ukaynalı Anna Bessonova olub. /ANS TV/


XS
SM
MD
LG