Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:41

Amerikalıların üçdə ikisi piylənmədən əziyyət çəkirlər


Amerikanın Səhhət Fondu öz tarixi ərzində piylənmə problemlərinə həsr olunan 4-cü hesabatını dərc edib.

Hesabatın müəllifləri – doktor Sancay Qupta və doktor Cefri Levi müəyyənləşdiriblər ki, ABŞ-da əhalisinin 25 faizindən çoxu piylənmədən əziyyət çəkən ştatların sayı ilbəil artır. Amerika əhalisinin üçdə ikisi artıq çəkidən əzab çəkir.

Bu il yeni rekord vurulub – 31 ştatda insanların 31 faizini piy basıb. Halbuki 1991-ci ildə insanların 15 faizinin artıq çəkidən əziyyət çəkdiyi cəmi 4 ştat vardı.


Hesabat müəllifləri hökuməti ölkədə piylənmə ilə mübarizə planı işləyib hazırlamağa çağırırlar.


XS
SM
MD
LG