ABŞ-ın Delaver ştatındakı universitetlərin birində naməlum şəxs atəş açaraq iki tələbəni yaralayıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Atəş açanı axtarırlar. Polis tələbə şəhərciyinin ərazisini mühasirəyə alıb. Tələbələrə öz otaqlarında qalmaq tapşırılıb.
Yarım il əvvəl Virciniya ştatında yerli Texnoloji Universitetin tələbəsi 30-dan çox adamı qətlə yetirib, sonra özünü vurmuşdu.