Həmin gün həmçinin Avstriyanın energetika sahəsində fəaliyyət göstərən «OMV» şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmi açılışı olub. Mərasimdə çıxış edən şirkətin icraçı direktoru və Azərbaycan nümayəndəliyinin başçısı Reynard Mitschek ölkəsinin «Nabukko» qaz kəmərinin çəkilişində Azərbaycanla işbirliyinə böyük önəm verdiyinin deyib.
Açılış mərasimində çıxış edən M.Bartenştayn bu sənədin iki ölkə arasında daimi, sabit iqtisadi münasibətlərin qurulması baxımından vacibliyini vurğulayıb. O, Azərbaycanın ardınca Mərkəzi Asiya dövlətlərinin də bu layihəyə dəstək verəcəyinə və yaxın gələcəkdə «Nabukko» layihəsinin reallığa çevriləcəyinə ümid etdiyini bildirib.
Mərkəzi Asiyadan Avropaya təbii qaz daşınması üçün nəzərdə tutulan «Nabukko» qaz kəməri üzrə layihədə Avstriya ilə yanaşı Macarıstan, Bolqarıstan, Rumıniya, Türkiyə də iştirak edir.