Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:35

Əli İnsanovun müdafiəçisinə 4 il iş verildi


Rizvan Talıbov, 20 fevral 2007
Rizvan Talıbov, 20 fevral 2007

Sentyabrın 20-də Sumqayıt Şəhər Məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçən prosesdə sabiq Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, «Qərbi Azərbaycana Qayıdış» İctimai Birliyi kimi tanınan təşkilatın rəhbəri Rizvan Talıbova hökm oxunub. Talıbov 4 il müddətinə azadlıqdan məhrum edilib.


Bu barədə «Media forum» saytına məlumat verən «Qərbi Azərbaycana Qayıdış» İctimai Birliyinin sədr müavini Yalçın Qəhrəmanoğlu bildirib ki, hakim hökmü R.Talıbovun nümayəndələrini, o cümlədən vəkilini gözləmədən çıxarıb.


Sentyabrın 19-da baş tutan prosesdə prokuror R.Talıbova 4 il iş istəmişdi.


Sumqayıt Şəhər Məhkəməsində bu il aprelin 21-də R.Talıbov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsinə əsasən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi.


R.Talıbov aprelin 19-da Sumqayıt sakini İlham Şərifovu döyməkdə günahlandırılır.


XS
SM
MD
LG