Mitinqçilər İnquşetiya rəhbərliyindən tələb edirdilər ki, insanların yoxa çıxmasında müqəssirlər cinayət məsuliyyətinə cəlb olunsunlar.
Bir neçə yüz adamın iştirak etdiyi aksiya sentyabrın 19-da başlayıb və bir sutkadan da çox davam edib. Mitinqçilər deyiblər ki, güc strukturları onlara verdikləri vədləri yerinə yetirməsələr, yenidən keçələrə çıxmağa hazırdırlar.
Mitinqin keçirilməsinə səbəb sentyabrın 18-də Çeçenistanda Surxaxi inquş kəndinin iki sakininin – Auşevlər qardaşlarının yoxa çıxması olub.
Onlar artıq tapılaraq, evə qaytarılıblar. Gənclər zirzəmidə saxlanaraq bərk döyüldüklərini bildiriblər. Auşevlər iddia edirlər ki, onların oğurlanmasında Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının əli var.