Londonun «Çelsi» klubunun baş məşqçisi Joze Maurinyo öz postunu tərk edib.
Klubun internet saytında yerləşdirilən rəsmi bəyanatda deyilir ki, bu, qarşılıqlı razılıq əsasında edilib.
İstefanın səbəbləri və yeni baş məşqçinin namizədliyi barədə məlumat verilmir.
Son üç oyunda «Çelsi» nə ölkə çempionatında, nə də beynəlxalq arenada qələbə qazanmayıb və cəmi bir qol vura bilib. Bu, «Rusenborq»a qarşı oyunda baş verib, «zadəganlar» Çempionlar Liqasının ev oyununda heç-heçə oynayıblar – 1:1
Joze Maurinyo «Çelsi»də 2 iyun 2004-cü ildən fəaliyyət göstərirdi.