Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

İranda 1 ildə dörd milyon şüşə spirtli içki müsadirə edilib


Qərbi Azərbaycan əyalətində son beş ayda yüzlərlə qaçaqmalçı həbs olunub
Qərbi Azərbaycan əyalətində son beş ayda yüzlərlə qaçaqmalçı həbs olunub

İranın İraqla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində son beş ayda bir milyon şüşə spirtli içki tutulub, yüzlərlə qaçaqmalçı həbs olunub. Bu haqda «Fars» Agentliyi məlumat yayıb.


Həbslər «əxlaqsızlıq» əleyhinə kampaniya çərçivəsində aparılıb.


«Kampaniya çərçivəsində spirtli içki qaçaqmalçılarının 53 qrupu zərərsizləşdirilib, 943 min şüşə götürülüb və 435 adam həbs olunub», – deyə əyalət polisinin rəhbəri Xeybar Tiba bildirib.


O, qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.


İranda spirtli içkilər istehsal edib, içməyə icazə yalnız ermənilər kimi imtiyazlı xristian azlıqlarına verilir. O da islam hissiyyatını təhqir etməmək üçün ancaq yolverilən həddə və bağlı qapılar arxasında…


Başqa bütün hallarda alkoqol istehsalı, satışı və istehlakı həbslə cəzalandırılır. Ancaq bu da İraq, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrdən qaçaqmalçılığı, əldəqayırma spirtli içki istehlakını dayandırmayıb.


Rəsmilər deyirlər ki, ötən ilin aprelindən bu ilin aprelinədək polis dörd milyon şüşə spirtli içki müsadirə edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG