Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

Sentyabrın 18-də külək zəifləyəcək, temperatur isə yüksələcək


21 sentyabr da daxil olmaqla sonrakı günlərdə havanın temperaturu daha bir neçə dərəcə artacaq
21 sentyabr da daxil olmaqla sonrakı günlərdə havanın temperaturu daha bir neçə dərəcə artacaq

Azərbaycan ərazisində güclü şimal-qərb küləyi sentyabrın 18-də zəifləyəcək. Keçən gecə və səhər Bakıda və Abşeronda küləyin maksimum gücü saniyədə 30-35 metrə, Mingəçevirdə 30 metrə, Tərtərdə 25 metrə, Bərdədə 22 metrə, Gəncə və Zərdabda 20 metrə çatıb.


Bu barədə «Turan»a Ekologiya Nazirliyinin Milli Hidrometeoproqnozlar Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, sentyabrın 18-də şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq və onun gücü saniyədə 8-12 metrə qədər azalacaq. Bakıda və Abşeronda sentyabrın 18-də hava temperaturu +25-27 dərəcə, aran rayonlarında +26-31, dağlıq rayonlarda +15-20 dərəcə təşkil edəcək.

21 sentyabr da daxil olmaqla sonrakı günlərdə havanın temperaturu daha bir neçə dərəcə artacaq və iqlim norması çərçivəsində dəyişəcək. Bu müddətdə Bakıda və Abşeronda hava +27-32 dərəcəyə qədər isinəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG