Keçid linkləri

2025, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:00

Həmsədrlər Xankəndində olublar


Sentyabrın 17-də həmsədrlər Ermənistan rəhbərliyilə danışıqlar aparmaq üçün Yerevana gedəcəklər
Sentyabrın 17-də həmsədrlər Ermənistan rəhbərliyilə danışıqlar aparmaq üçün Yerevana gedəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 17-də separatçı Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanla görüşüblər.


«Görüş çox məhsuldar və məzmunlu olub. Biz indiki situasiyaya və münaqişənin həlli perspektivlərinə dair fikrimizi ifadə etdik. Mövcud məsələlərə dair Qarabağ tərəfinin fikrini öyrənmək vacib idi», - deyə rusiyalı həmsədr Yuri Merzlyakov görüşdən sonra jurnalistlərə bildirib.


«Turan»ın məlumatına görə, amerikalı həmsədr Metyu Brayza isə deyib ki, ATƏT Qarabağ münaqişəsinə dair danışıqların formatını dəyişməyi məqsədəuyğun saymır. O, hesab edir ki, Ermənistanda və Azərbaycanda yeni siyasi mövsüm başlayır və digər formatlara ehtiyac yoxdur.
Fransalı həmsədr Bernar Fasye bildirib ki, həmsədrlər digər məsələlərlə yanaşı, Dağlıq Qarabağın danışıqlarda birbaşa iştirakı məsələsini də gündəliyə daxil etmək niyyətindədirlər:


«Bu, nə qədər tez olsa, o qədər yaxşıdır». Fasye həmçinin görüşün çox maraqlı və konstruktiv olduğunu bildirib.


Sentyabrın 17-də həmsədrlər Ermənistan rəhbərliyilə danışıqlar aparmaq üçün Yerevana gedəcəklər.


XS
SM
MD
LG