Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:10

Təbrizdə Səttarxanın evini dağıdırlar


Səttarxanın Təbriz şəhərində dağıdılmış mənzili
Səttarxanın Təbriz şəhərində dağıdılmış mənzili

Təbriz əhalisi şəhərin Əmirxızi məhəlləsində yerləşən Səttarxanın yaşadığı tarixi binanın uçurulmasına kəskin etirazlarını bildirirlər.


Təbrizi İran parlamentdə təmsil edən Əkbər Ələmi və Məmmədrza Mir Tacəddini sentyabrın 16-da etdikləri çıxışlarında bu barədə məlumat veriblər.


İran məclisinin azərbaycanlı millət vəkilləri bu məsələdə tarixi abidələri qorumaqla məşğul olan «Mədəni İrs» («Miras-e Fərhəngi») təşkilatını günahlandırırlar.


«Mədəni İrs» təşkilatı isə bildirir ki, 1905 -11-ci illərdə baş vermiş Məşrutə hərəkatının məğlubiyyətindən sonra rus Çar ordusu Təbriz inqilabçılarının bütün bazaları, o cümlədən də inqilab rəhbəri Səttarxanın evini top atəşinə tutublar. Bu hadisədən sonra həmin tikintiləri qorumaq və ya onları bərpa etmək mümkün olmayıb.


Bu izahatla razılaşmayan İran parlamentinin azərbaycanlı nümayəndələri binanın bu günə qədər tarixi bir abidə kimi qeydiyyatdan keçirilməməsinə etiraz edirlər. Onlar bildirirlər ki, 90 il bundan əvvəl baş verən rus ordusunun hücumu Səttarxanın yaşadığı binanın yalnız kiçik bir divarını uçurub. Evin qalan hissələri diqqətsizlik ucbatından və onun kənarındakı yeni tikintilər nəticəsində viran olub. Bundan əlavə onlar Təbriz bələdiyyəsi və «Mədəni İrs» təşkilatının son vaxtlar evin satın alınmasına icazə verməsinə etiraz edirlər.


İranın rəsmi « Fars » xəbər agentliyi sentyabrın 14-də yaydığı məlumatda bildirmişdi ki, sözü gedən tarixi bina yeni bir xüsusi şirkət tərəfindən satın alındıqdan sonra bu sahədə yeni tikinti aparılacaq və ev tamamiilə uçurudulacaq.


« Fars » agentliyinə müsahibə verən Səttarxanın nəticəsi isə bildirib ki, böyük babası Tehrana köçdükdən sonra onun bibisi (Səttarxanın qız nəvəsi) evi Həmid Misgəri adında bir şəxsə satıb. Cənab Misgərinin vəfatından sonra evin əvvəlcə 70 faizi və bu yaxınlarda da qalan 30 faizi satışa qoyulub. Tarixi abidələri qorumaqla məşğul olan dövlət təşkilatları və Təbriz bələdiyyəsi isə məsələyə laqeyd yanaşır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG